Okt
2022
16:44
174
22
1561
Virtual karabakh

Hikmət Hacıyevdən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı paylaşım - FOTO

6 Okt, 2022
16:44
1561

Hikmət Hacıyevdən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı paylaşım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası işinə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev toplantı ilə bağlı “Twitter” səhifəsində fotolar paylaşıb.

Həmin paylaşımı təqdim edirik:

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri