Okt
2022
18:43
182
24
1097
Virtual karabakh

Britaniya İcmalar Palatasının sədri: “Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik”

6 Okt, 2022
18:43
1097

Britaniya İcmalar Palatasının sədri: “Azərbaycan səfirliyinə hücumdan təəssüflənirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O, bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib.

Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək bu hücumun əsas məqsədinin iki ölkə arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdinin olduğunu vurğulayıb:

“Bu təxribat hərtərəfli araşdırılmalıdır. Səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri