Okt
2022
18:37
261
14
1010
Virtual karabakh

Haaqada Ermənistan səfirliyi qarşısında diasporun təşkil etdiyi icazəli piket - FOTO/VİDEO

7 Okt, 2022
18:37
1010

Haaqada Ermənistan səfirliyi qarşısında diasporun təşkil etdiyi icazəli piket - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan icması Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısında piket keçirib.

Oxu.Az xəbər verir ki, Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə baş tutan aksiyada Niderlandın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan bayraqlarının dalğalandırıldığı piketdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatları Azərbaycana təqdim et!”, “Edilli qətliamının günahkarları cəzalandırılsın!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri