12 
Okt
2022
17:12
394
40
1422
Virtual karabakh

“İlham Əliyevin Orta Asiya ölkələrinə səfəri türk dünyasında yeni əməkdaşlığın əsasını qoyur” - RƏY + FOTO

12 Okt, 2022
17:12
1422

“İlham Əliyevin Orta Asiya ölkələrinə səfəri türk dünyasında yeni əməkdaşlığın əsasını qoyur” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, dünya düzənində cərəyan edən proseslər türk dövlətləri arasında birliyin daha güclənməsini, bütün sahələrdə inteqrasiyanı zərurətə çevirib. Bu birliyin gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində Azərbaycan xüsusilə fərqlənir.

Bu fərqlənmənin arxasında isə Prezident İlham Əliyevin qətiyyəti, qardaş türk dövlətlərinə etdiyi səfərlər, sözügedən istiqamətdə atdığı inamlı addımların dayandığını vurğulayan deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri zamanı söylənilənlər də bu fikri bir daha təsdiqləyir:

“Səfər zamanı dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı Prezident Sadır Japarovun “Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram” sözləri də deyilənlərə növbəti sübutdur. Bu, bir daha türk dövlətləri və xalqları arasında əməkdaşlığın dərinləşməsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin hansı önəmli rol oynamasından xəbər verir”.

Deputat qeyd edib ki, son vaxtlar Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur:

“Heç şübhəsiz ki, bütün bunlar eyni zamanda Azərbaycanın həm qardaş türk respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur. Bu, həmçinin Türk Dövlətləri Təşkilatının da güclənməsinə təkan verir. Onu da xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, türk dünyasının birliyinin mərkəzində Türkiyə-Azərbaycan qardaşlığı dayanır. Yəni, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı yüksək səviyyəsi digər türk dövlətləri üçün də bir nümunədir. Digər türk dövlətləri də bu əlaqələrdən güc alaraq müvafiq addımların atılması üçün təşəbbüs göstərirlər”.

V.İskəndərov Azərbaycanın nəinki türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində, həmçinin, Qərblə türk dövlətləri arasında etibarlı əməkdaşlığın yaranmasında da mühüm rol oynadığını nəzərə çatdırıb:

“Bu baxımdan Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən görüşlər, səslənən fikirlər dediklərimizin növbəti sübutudur. Qərblə Orta Asiya arasında körpünün yaradılmasından söz düşmüşkən mən bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana rəsmi səfərini xatırlatmaq istəyirəm. Həmin səfərlə bağlı etdiyi paylaşımda Ursula fon der Lyayen məhz Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əməkdaşlığın qurulmasına və gücləndirilməsinə nail olacaqlarını bildirib. Bütün bunlar təsadüfi deyil. O mənada ki, Avropa Birliyi Azərbaycanı bütün bir regionun, yəni Orta Asiya və Qafqaz regionunun mərkəzi dövləti kimi görür. Orta Asiyaya Azərbaycan vasitəsilə körpü salınması istəyinin kökündə də yenə də məhz Azərbaycanın Orta Asiya türk dövlətləri ilə qurduğu əlaqələrə verilən önəm dayanır. Bir sözlə, Azərbaycanın türk dünyası, o cümlədən Orta Asiyanın türk dövlətləri ilə bütün sahələri əhatə edən əməkdaşlığı bu regionla Avropa Birliyi, ümumilikdə Qərb arasında gələcək əməkdaşlıqda da öz sözünü deyir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri