16 
Okt
2022
13:50
147
17
1791
Virtual karabakh

“Televiziyalar baş verən hadisələrə çox çevik reaksiya verməlidir” - EKSPERTDƏN AÇIQLAMA

16 Okt, 2022
13:50
1791

“Televiziyalar baş verən hadisələrə çox çevik reaksiya verməlidir” - EKSPERTDƏN AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Televiziyalarla bağlı narazı fikirlər hər zaman olub. Son zamanlar sosial şəbəkələrdə televiziyalarla bağlı tənqidlərə çox tez-tez rast gəlirik. Televiziya artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əsas məsələ də faciəvi hadisələr baş verən zaman əyləncəli verilişlərin efirdən çıxarılmamsı ilə bağlıdır.

Televiziya proqramlarının öncədən müəyyən olunması qanunvericiliyin tələbidir. Bəzi Televiziya rəhbərləri proqramların əvvəlcədən müəyyən edildiyinə görə, proqram siyasətini dəyişə bilmədiklərini söyləyirlər.

Bəs görəsən, Televiziyalar gündəlik baş verən hadisələrə uyğun proqram siyasətini dəyişə bilmirlər, yoxsa, dəyişmək istəmirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən professor Qulu Məhərrəmlinin sözlərinə görə, sosial şəbəkələrdə televiziyalarla bağlı tənqid və iradların səslənməsi çox normal haldır:  

“Buna sevinmək lazımdır ki, bizim tamaşaçılar biganə deyillər, proqramlara baxırlar və yeri gələndə də tənqidi fikirlər söyləyirlər. O ki, qaldı hər hansı bir faciəvi gündə veriliş cədvəlində dəyişiklik aparmaq bunu ümumi proqram siyasəti ilə əlaqələndirmək doğru deyil. Çünki bədbəxt hadisələr əvvəlcədən planlaşdırılmır. Televiziyada nəzərdə tutulan verilişlərin cədvəlini dəyişmək mümkündür”.

Q.Məhərrəmli qeyd edib ki, təcrübələrdən istifadəyə ehtiyac var:

“Mənə elə gəlir ki, ağıllı, situasiyanı bilən və tamaşaçıları öncədən görən televiziya və proqram rəhbərləri o cədvəldə məqsədəuyğun dəyişiklik edə bilər. Televiziya təcrübəmizdə belə hallar var. O təcrübələrdən də istifadə etməyə ehtiyac var. Xüsusi kommersiya verilişləri var ki, bəzən televiziyalar onları proqramdan çıxarmağa çətinlik çəkirlər. Çünki ondan pul alırlar. Bunun da bir yolunu tapmaq lazımdır”.

Professor əlavə edib ki, televiziya baş verən hadisələrə çox çevik reaksiya verməlidir:

“Televiziya duyum, intuisiyadır.  Günlə, ölkə həyatı ilə bağlılığı var. İnsanları kədərləndirən, ümumi və milli faciələr olan vaxtı televiziya çox çevik şəkildə reaksiya verməyi bacarmalıdır.

Nəzrin Vahid  

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri