13 
Okt
2022
18:22
21
421
977
Virtual karabakh

“Fransa Azərbaycanla Ermənistan arasında ədavətin yarandığından bəri ermənilərin yanında olub” - RƏY + FOTO

13 Okt, 2022
18:22
977

“Fransa Azərbaycanla Ermənistan arasında ədavətin yarandığından bəri ermənilərin yanında olub” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa Azərbaycanla Ermənistan arasında ədavətin yarandığı illərdən bəri həmişə ermənilərin yanında olması ilə seçilib. Çünki Fransa Ermənistandan istifadə edir”.

Bu sözləri “Report”a açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, bu da müharibənin qızışmasına və ermənilərin işğalçılıq siyasətini həyata keçirməsinə səbəb olub:

“Həmçinin torpaqların işğal olunması, işğaldan sonra 30 il ərzində geri çəkilməməsi, danışıqlar masasını yarımçıq tərk etməsi Fransa kimi ölkələrin Ermənistanın arxasında dayanması nəticəsində baş verib. Ermənistan hər zaman bir növ Fransaya arxalanıb, ondan dəstək gözləyib. Fransa heç də Ermənistanın dostu deyil, fransız və erməni xalqı qardaş deyil”.

Mərkəz sədri qeyd edib ki, ermənipərəstlik etmək sadəcə siyasətçilərin tutduğu xətdir:

“Xüsusilə də Makron hakimiyyətə gələndən sonra ermənilərə bu cür dəstək göstərir. Son dövrlər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü, eləcə də Putinin təşəbbüsü ilə atəşkəsin olması və Ermənistanın kapitulyasiya aktını imzalaması, indi də sülh müqaviləsinin imzalanması prosesinə başlanılması üçün atılan addımlar Fransanı narahat edir. Onlar özlərini kənarda qalmış hiss edirlər və qaldıqlarını görürlər. Əslində heç kim onları kənarda saxlamayıb. Azərbaycan böyük dövlətlərin kənarda qalmasını istəməz. Sülh istədiyimizi hər zaman bildirmişik. Rəsmi Bakının amalı budur, amma Fransa məkrli siyasəti olan, terrorçu Ermənistanı dəstəkləyir”.

Fransada erməni diasporunun güclü olduğunu vurğulayan C.Musaoğlu deyib ki, onlar hətta parlamentə də nüfuz edə bilirlər:

“Fransa da uşaq deyil. Ermənistan cəmiyyətinin içini öyrənib, bilir ki, onlarla necə danışmaq lazımdır. Fransa Ermənistandan istifadə edir. Bütün bunların fonunda Avropa İttifaqı Şurası, Türkiyə və s. ciddi dəstək göstərirlər ki, sülh müqaviləsi imzalansın. Bu prosesin birdəfəlik bitməsinə çalışırlar. Fransa isə sadəcə “orada özünün mən də varam” mövqeyini nümayiş etdirməyə çalışır. Biz isə buna qarşı çıxmalıyıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri