14 
Okt
2022
16:28
13
179
1153
Virtual karabakh

“Fransanın qərəzli müdaxilələri sülh yolunda qeyri-müəyyənlik yaradır” - RƏY + FOTO

14 Okt, 2022
16:28
1153

“Fransanın qərəzli müdaxilələri sülh yolunda qeyri-müəyyənlik yaradır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransanın qərəzli müdaxilələri Azərbaycanla Ermənistanın sülhə yaxınlaşması yolunda qeyri-müəyyənliklər yaradır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Tarixən Fransa ilə Azərbaycan arasında mədəniyyət və humanitar sahədə aparılan geniş əməkdaşlıqdan danışan QHT sədri bildirib ki, Fransada güclü erməni lobbisinin fəaliyyətinə baxmayaraq, Azərbaycan Prezidenti Fransaya dəfələrlə uğurlu səfərlər həyata keçirib.

V.Əhmədovun sözlərinə görə, həmçinin Fransanın əvvəlki prezidentləri və hökumət nümayəndələri də Azərbaycanla münasibətlərdə vaxtaşırı sağlam mövqe nümayiş etdiriblər:

“Bu baxımdan Azərbaycan istər keçmiş Minsk qrupu çərçivəsində, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda Fransanın iştirakına qarşıya çıxmayıb. Hansı ki, Azərbaycan ictimaiyyəti İkinci Qarabağ müharibəsində Fransa Prezidenti Makronun açıqlamalarını və Fransa Prezidentliyinə namizəd Valeri Pekressin Qarabağa qanunsuz səfərlərini unutmayıb”.

O bildirib ki, Azərbaycanla Ermənistanın sülh razılaşmasına yaxın olduğu bir zamanda Fransa prezidentinin tam olaraq ölkəmiz əleyhinə yönəlmiş açıqlamaları və fikirləri artıq bu dövlətin danışıqlar prosesində tutduğu vasitəçilik missiyasını ciddi şəkildə şübhə altına alır:

“Fransanın ermənipərəst olması heç kimə, o cümlədən Azərbaycan ictimaiyyətinə də sirr deyil. Lakin Makron vasitəçilik missiyasını öz üzərinə götürərək tərəfləri danışıqlar masasına dəvət edirsə, onun açıqlamaları sülh prosesinə dəstək xarakterli fikirlər olmalıdır. Bu gün Azərbaycan ictimaiyyəti sözügedən açıqlamalardan sonra Fransanın hər hansı vasitəçilik missiyasına qarşı çıxır. Fransa Prezidentinin məhz indi, Ermənistanla Azərbaycanın sülh müqaviləsini imzalamağa yaxın olduğu zamanda açıqlama verməsi, Azərbaycanın Fransaya olan etimadını ciddi şəkildə sarsıtmış oldu. Fransanın Türkiyəyə olan qərəzindən və erməni sevdasından əl çəkməməsi nəzərə alınaraq Avropa İttifaqı çərçivəsində aparılan danışıqlarından tam kənarlaşdırılmalıdır”.

Fransanın uzun illər Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda əngəl olduğunu vurğulayan təşkilat sədri qeyd edib ki, rəsmi Paris həm də Qarabağ danışıqlarında Ermənistana himayədarlıq edib.

O, Fransa Prezidentinin bu addımları ilə nəinki öz dövlətinin nüfuzuna, həm də bütövlükdə Avropa İttifaqının nüfuzuna xələl gətirdiyini qeyd edib. V.Əhmədov həmçinin E.Makronun Ermənistanı danışıqlarda təxribatçı hərəkətlərə yol verməyə təhrik etdiyini bildirib:

“Məhz bu addımlardan sonra Makronun qeyri-ciddi siyasətçi olduğu qənaətinə gəlmək olar. Ümid edirəm ki, Azərbaycan ictimaiyyətinin bu təpkisindən sonra Avropa İttifaqı aparıcı və vasitəçi rola malik qurum kimi nəticə çıxaracaq və Fransanın pozuculuq fəaliyyətinə doğru siyasi qiymət veriləcək. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının Prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addımlar atılıb. Ona görə Avropa İttifaqının hazırkı rəhbərliyinin Fransanın bu dağıdıcı mövqeyi ilə həmfikir olduğunu düşünmürəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri