14 
Okt
2022
18:53
347
11
930
Virtual karabakh

Pakistan səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulması münasibətilə sərgi təşkil edib - FOTO

14 Okt, 2022
18:53
930

Pakistan səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulması münasibətilə sərgi təşkil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayeva çıxış ediblər.

Səfirin sözlərinə görə, hər iki ölkə qədim tarixə malikdir və hazırda Pakistan ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə çalışır.

O əlavə edib ki, bugünkü tədbir ikitərəfli mədəni əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Q.Paşayeva isə vurğulayıb ki, iki ölkə arasında məsafənin uzaq olmasına baxmayaraq, Azərbaycanla Pakistan arasında yaxın və qardaşlıq əlaqələri var.

Deputat hər iki ölkəyə sülh və firavanlıq arzulayaraq bildirib ki, həm Pakistan, həm də Azərbaycan öz tarixi boyu çətinliklərdən keçib və bu anlayışların dəyərini anlayıb.

Oktyabrın 17-dək davam edəcək sərgidə Azərbaycan və Pakistan rəssamlarının əsərləri təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri