15 
Okt
2022
15:30
135
27
1323
Virtual karabakh

BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

15 Okt, 2022
15:30
1323

BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Xəzər rayonu ərazisində - əsas magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib. 

Bu barədə Oxu.Az-a İcra hakimiyyətindən məlumat verilib.

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.

İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı əkilib.

Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb və bunun üçün cavabdeh şəxslər təyin ediliblər.

Paytaxtın yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyaların payız mövsümü ərzində Bakı şəhərinin digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri