17 
Okt
2022
17:40
248
20
1263
Virtual karabakh

“Münasibətlərin normallaşdırılmasında Fransanın heç bir xoş niyyətindən söhbət gedə bilməz” - RƏY + FOTO

17 Okt, 2022
17:40
1263

“Münasibətlərin normallaşdırılmasında Fransanın heç bir xoş niyyətindən söhbət gedə bilməz” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Fransanın heç bir xoş niyyətindən, bitərəf mövqeyindən söhbət gedə bilməz”.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nurlan Həsənov deyib.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də Fransa prezidenti, Fransa senatı beynəlxalq hüququ heçə saymaqla, yalan və təxribat xarakterli Azərbaycan əleyhinə bəyanatlar verib və açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib:

“Makron sələflərindən fərqli olaraq indiyədək birmənalı ermənipərəst mövqeyi ilə seçilir və bu, onsuz da bu, hər kəsə, o cümlədən Avropa siyasi elitasına məlumdur. Odur ki, Makronun prezidentliyi dövründə Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində hər hansı fayda verəcəyi onsuz da mümkün görünmür”.

“Təsadüfdürmü ki, məhz Makronun prezidentliyi dövründə, Azərbaycanın Parisdəki səfirliyi iki dəfə erməni terroruna məruz qaldı? İndi yenə oturublar Fransa senatında öz aləmlərində Azərbaycan əleyhinə “qətnamə” hazırlayır. Daha yaxşı olardı ki, Makron və Fransa senatı Azərbaycan-Ermənistan münasibətlərinin “qeydinə qalmaqdansa”, oturub özlərinin Afrikada törətdikləri cinayətləri araşdırsınlar, səbəb olduqları humanitar fəlakətləri qınasınlar” - N.Həsənov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri