20 
Okt
2022
22:13
374
16
2492
Virtual karabakh

Ermənistan hər cəhdlə Rusiya ilə əlaqələrini kəsmək istəyir? - ŞƏRH + FOTO

20 Okt, 2022
22:13
2492

Ermənistan hər cəhdlə Rusiya ilə əlaqələrini kəsmək istəyir? - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Qazprom” şirkəti Ermənistana qaz nəqlini iki günlük dayandırıb. Səbəb “Şimali Qafqaz-Cənubi Qafqaz” əsas qaz kəmərində təmir işlərinin həyata keçirilməsidir. Bu müddət ərzində istehlakçıların daxili ehtiyatlar hesabına qazla təmin olunacağı bildirilib.

Ümumiyyətlə, son dövrlər Rusiya ilə Ermənistan arasında əlaqələrin zəiflədiyi müşahidə edilir. Ermənistan rəhbərliyinin Qərbə olan meyili onu bir vaxtlar əsas gücü olan Rusiyadan uzaq salıb. 

Politoloq Elşad Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan Nikol Paşinyan Baş nazir seçildikdən sonra Rusiyadan uzaqlaşmağa başlayıb:

“Paşinyan Soros Fondunun yetişdirməsidir. Bu gün hakimiyyətdə olan əsas aparıcı nazirlər də həmçinin. Ona görə də onlar qərbyönümlü siyasət yürüdürlər. Ancaq Ermənistanın Rusiyadan böyük asılılığı var. Onların enerji sistemi, iri zavod və fabrikləri bütövlükdə rusların əlindədir. Sərhədlərini Rusiya qoşunları qoruyur, qazı da Rusiyadan alırlar. İqtisadiyyatının 75 faizdən artığı Rusiyadan olan oliqarxlardan asılıdır. Ona görə də Ermənistanın Rusiyadan asanlıqla yaxa qurtarması yaxın zamanda mümkün deyil”.

Ekspert qeyd edib ki, Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyi onu daha da pis vəziyyətə salır:

“12-14 sentyabrda ermənilərin sərhəddə törətdikləri təxribatda Azərbaycan Ordusu onlara ağır zərbələr endirdi. Strateji yüksəklikləri azad etdi. Bundan qorxuya düşən Ermənistan həmin vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, ancaq KTMT-dən bildirdilər ki, bu hadisəyə müdaxilə yolverilməzdir. Çünki müharibə Ermənistan ərazisində olmayıb. KTMT-nin bu münaqişəyə qoşulmaması Ermənistanı ciddi narahat etdi. Ona görə də onlar artıq Rusiyadan uzaqlaşmaq və KTMT-dən çıxmaq istəyirlər. Ümumiyyətlə, KTMT artıq dağılmaq üzrədir, üzvlərinin çoxu üzvlükdən çıxmaq istəyir. Məsələn, Qırğızıstanda 10-14 oktyabrda KTMT-nin təlimləri keçirilməli idi, ancaq Qırğızıstan buna razılıq vermədi”.

Siyasi şərhçi onu da qeyd edib ki, bu gün Ermənistanın müharibədə uduzma səbəblərindən biri kimi Rusiyanın da adı hallanır: 

“Ona görə də Ermənistan-Rusiya münasibətləri çox kritikdir. Halbuki, müharibə zamanı Rusiya Ermənistanı heç də dəstəksiz qoymadı. İran üzərindən Ermənistana kömək göstərildi. Ancaq İrəvanda Sürməli ticarət mərkəzində terror hadisəsi baş verəndə bu hadisədə Rusiyanın əli olduğu iddia edildi və Rusiya Xarici İşlər Nazirliyi Ermənistana nota verdi. Yəni müharibədə dəstək görmüş olsa da, hazırda Ermənistanda olan çatışmazlıqların çoxu Rusiya ilə bağlanır. Çünki həm müxalifətdə anti-Rusiya təbliğatı gedir, həm də hakim dairələrdə artıq Rusiyadan qopma halları müşahidə olunur.

Oktyabrın 6-da Praqada dördtərəfli görüş keçirildi və bu görüşdə Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdı. Ancaq bu razılıqdan sonra Fransa Prezidenti Emmanuel Makronun yerli televiziya kanalında Azərbaycan haqqında həqiqətəuyğun olmayan bəyanatlar səsləndirdi. Daim Ermənistanın arxasında duracağını bildirdi. Doğrudan da, bu gün Fransa Ermənistanın arxasında durur və Ermənistan bunlara arxalanaraq Rusiyadan uzaqlaşmağa çalışır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri