20 
Okt
2022
11:36
254
16
1972
Virtual karabakh

“Bu gün ceyranların öz tarixi areallarına qaytarılması üçün əlimizə tarixi fürsət keçib” - RƏY + FOTO

20 Okt, 2022
11:36
1972

“Bu gün ceyranların öz tarixi areallarına qaytarılması üçün əlimizə tarixi fürsət keçib” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün 21-ci əsrdə ceyranların öz tarixi areallarına qaytarılması üçün əlimizə tarixi fürsət keçib”.

Bu sözləri “Report”a Zoologiya İnstitutunun elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

Vaxtilə Azərbaycanda ceyranların yaşadığı ərazilərin çox geniş olduğunu qeyd edən mütəxəssis bildirib ki, Mərkəzi Aran düzənliyi, Böyük Qafqaz, Kiçik Qafqaz dağətəyi ərazilərin hamısı ceyran sürüləri ilə dolu olub:

“Sonradan mərkəzi düzənliyin əkilməsi, motorlu texnikanın meydana çıxması, ceyranların ovlanması onların yaşayış yerlərinin azalmasına gətirib çıxarıb. 1960-cı ildə aparılan aviareydlər (təyyarə ilə aparılan sayımlar - red.) zamanı məlum oldu ki, Azərbaycanda 20-30 min sayda olan ceyrandan cəmi 200 ceyran qalıb. Bundan sonra akademik Həsən Əliyevin rəhbərliyi altında ceyranın xilas edilməsi üçün yasaqlıqlar, qoruqlar yaradıldı. Ceyran sürətlə artan heyvan olduğu üçün onun sayı qısa müddətdə artmağa başladı. Hansı ki, Şirvan düzündə cəmi 66 ceyran qalmışdı. Artıq 1980-ci illərdə onun sayı 3 500-dək artdı. Lakin təəssüf ki, sonradan ölkəmiz yenidən təlatümlər, çətin dövrlər yaşadı”.

Artıq bu gün ceyranları öz tarixi areallarına qaytarmaq üçün böyük fürsətin yarandığını qeyd edən E.Əsgərov vurğulayıb ki, Ceyrançöl düzənliyində hazırda bir dənə də olsa ceyran yoxdur, çünki onların nəsli kəsilib:

“Arazboyu düzənliklər ceyranın tarixi arealına aid ərazilərdir və buraların erməni işğalından azad edilməsi təbiətimizi bərpa etmək üçün tarixi şans yaradıb. Ceyranların artırılması üçün layihə həmin hissədə davam etdirilir. Ceyranların tarixi arealının bərpa olunması layihəsi Ekologiya Nazirliyi, İDEA İctimai Birliyi və Təbiətin mühafizə fondu tərəfindən həyata keçirilir. Ötən gün ölkə rəhbərliyi səviyyəsində ilkin olaraq 18 ceyran tarixi arealına buraxıldı və layihə ceyran sürüləri bərpa olunana qədər davam etdiriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri