21 
Okt
2022
00:30
117
8
1117
Virtual karabakh

Azərbaycan İstanbulda İƏT ölkələrinin konfransında iştirak edəcək

21 Okt, 2022
00:30
1117

Azərbaycan İstanbulda İƏT ölkələrinin konfransında iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 21-22-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın da iştirak edəcəyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirləri və media üzrə yüksək vəzifəli şəxslərin 12-ci Konfransı keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, konfrans “Post-həqiqət dövründə dezinformasiya və İslamofobiya ilə Mübarizə” mövzusu ilə keçiriləcək.

Türkiyənin Kommunikasiya İdarəsinin ev sahibliyi etdiyi konfrans İslam ölkələrinin media və kommunikasiya sahəsində əməkdaşlığını inkişaf etdirmək və gücləndirmək məqsədi daşıyır.

57 ölkədən nazirlərin və yüksək səviyyəli nümayəndələrin qatılacağı konfransda İslam dünyasında media, rabitə və informasiya sahələrində əməkdaşlığı dərinləşdirəcək məsələlər müzakirə olunacaq. Konfrans zamanı İƏT-ə üzv ölkələrin informasiya təşkilatlarının nümayəndələri dezinformasiya və islamofobiya ilə mübarizə üzrə proqramların hazırlanması yollarını axtaracaqlar.

Konfransın ilk günündə İƏT Media Forumunun yaradılması ilə bağlı məsləhətləşmələrin aparılacağı yüksək vəzifəli məmurların görüşü keçiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantı çərçivəsində oktyabrın 21-də Mecidiye Köşkündə təşkil olunacaq qala-ziyafətdə nümayəndə heyətlərinin başçıları ilə görüşəcək və çıxış edəcək.

Konfransın ikinci günündə isə nazirlərin iclası keçiriləcək. Nazirlərin iclasının açılışında Səudiyyə Ərəbistanı nümayəndəsi İƏT İnformasiya Nazirləri Konfransına sədrlik səlahiyyətlərini Türkiyəyə təhvil verəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri