21 
Okt
2022
00:30
16
187
3625
Virtual karabakh

Aİ-dən Ermənistan sərhədindəki missiyası ilə bağlı AÇIQLAMA

21 Okt, 2022
00:30
3625

Aİ-dən Ermənistan sərhədindəki missiyası ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd bölgələrində işə başlayan texniki qiymətləndirmə missiyası öz mandatı ilə bağlı açıqlama yayıb.

Aİ-nin Ermənistandakı ofisinin mətbuat xidmətidən yayılan bəyanata görə, missiya nümayəndələri atəşkəs rejiminə, sərhəddə baş verən hadisələri, o cümlədən insan haqları ilə bağlı məsələləri müşahidə edəcəklər.

“Misiyanın digər rolu iki ölkə arasında etimadın yaradılmasını və delimitasiya -  demarkasiya üzrə sərhəd komissiyalarının işini təşviq etmək olacaq. Eyni zamanda, missiya Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin yalnız Ermənistan tərəfində yerləşdiriləcək” – deyə açıqlmada deyilir.

Həmçinin, bildirlir ki, Aİ-nin monitorinq missiyası və ATƏT-in qiymətləndirmə missiyası ayrı-ayrı mandatlar üzrə işləyir, lakin bir-biri ilə əlaqə saxlayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri