21 
Okt
2022
01:35
32
115
5735
Virtual karabakh

Ömər Çəlikdən Azərbaycanda yol qəzası keçirən türkiyəli siyasətçilər barədə AÇIQLAMA – VİDEO

21 Okt, 2022
01:35
5735

Ömər Çəlikdən Azərbaycanda yol qəzası keçirən türkiyəli siyasətçilər barədə AÇIQLAMA – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyanın İstanbul millət vəkili Şamil Ayrımın xəsarət aldıqları avtomobil qəzası Zəngilandan geri qayıdarkən baş verib.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik bəyan edib.

O, zərərçəkənlərin səhhətilə bağlı ciddi bir narahatlığın olmadığını bildirib.

“Şamil bəylə görüşdük. Binəli bəylə də bir az sonra gürüşəcəyik. Həkimlərin dediyinə görə, həyati təhlükələri yoxdur. Türkiyədən təcili yardım təyyarəsi artıq yoldadır. Həkimlər icazə versələr siyasətçilərimizi həmin təyyarə ilə ölkəmizə aparacağıq”, - deyə Çəlik qeyd edib.

O, vurğulayıb ki, Yıldırım və Ayrım sağalanadək onlarla birlikdə Bakıda qalacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri