21 
Okt
2022
13:38
713
25
2933
Virtual karabakh

Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”

21 Okt, 2022
13:38
2933

Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq”, - deyə o qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, dəmir yolu ilə yanaşı, avtomobil yollarının da tikintisi bitən kimi artıq Şuşaya yol açılacaq.

“Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İnanıram ki, İlham Əliyev tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki bununla bağlı atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, binalarla bura bir hərəkət gətirdi. Şuşaya hotellər üçün qoyulacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq”, - deyə o vurğulayıb.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri