24 
Okt
2022
23:19
450
130
7440
Virtual karabakh

Zaxarovadan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

24 Okt, 2022
23:19
7440

Zaxarovadan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı dövlətlər arasında münasibətlərdəki vəziyyəti müzakirə etmək məqsədilə növbəti üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.

Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.

“Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır”, - Zaxarova bildirib.

Mənbə: TASS

10:02

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər.

Bu barədə diplomatik mənbədən xəbər verilib.

Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.

O da qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

Mənbə: Vedomosti

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri