24 
Okt
2022
20:10
269
25
1104
Virtual karabakh

“Azərbaycanın həyata keçirdiyi layihələr Gürcüstan iqtisadiyyatı üçün də böyük əhəmiyyət daşıyır” - RƏY + FOTO

24 Okt, 2022
20:10
1104

“Azərbaycanın həyata keçirdiyi layihələr Gürcüstan iqtisadiyyatı üçün də böyük əhəmiyyət daşıyır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın həyata keçirdiyi layihələr Gürcüstanın iqtisadiyyatı və inkişafı üçün də böyük əhəmiyyət daşıyır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, hazırda dünyada baş verən mürəkkəb tarixi proseslər kontekstində regional əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan həyata keçirdiyi çox mühüm regional və qlobal layihələrlə regional əməkdaşlıq üçün mühüm platforma yaradıb və bu kontekstdə Gürcüstan və Azərbaycan münasibətləri çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın enerji və nəqliyyat kommunikasiya layihələrinin hamısı Gürcüstan və qardaş Türkiyə üzərindən Avropaya doğru uzanır. Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinin səfərini çox yüksək qiymətləndirdiyini bəyan edərək bildirdi ki, Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəyə qalxmasında məhz Prezident İlham Əliyevin rolu böyükdür. Bu, əslində ötən illər ərzində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr və onların qonşu Gürcüstana gətirdiyi dividendlərə verilən qiymət idi”.

Deputatın sözlərinə görə, Azərbaycan qonşu ölkədə ən böyük sərmayə sahiblərindən biridir:

“Azərbaycan tərəfi təqribən üç milyard dollar məbləğində Gürcüstan iqtisadiyyatına sərmayə qoyub. Bu, qarşılıqlı maraqlar baxımından hər iki ölkənin iqtisadi münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxarıb. Hazırda Avropada baş verən qaz böhranı kontekstində Azərbaycanın qaz nəqli imkanları daha da artırılacaq. Bu da yenə Bakıdan başlamaqla Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri üzərindən Avropaya qaz nəqlinin artırılması deməkdir. Bu da özlüyündə tranzit ölkə kimi həm Gürcüstanın əhəmiyyətini artırır, həm də Azərbaycan arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Ancaq biz bilirik ki, Azərbaycan önümüzdəki mərhələdə təkcə qaz yox, eyni zamanda yaşıl enerjinin ixracı marşrutlarını da müəyyən edir”.

H.Babaoğlu əlavə edib ki, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli məsələsi bu gün aktualdır:

“Gürcüstan burada da tranzit ölkə rolunu oynayacaq. Eyni zamanda Azərbaycan Prezidenti qeyd etdi ki, biz önümüzdəki mərhələdə hazırda fəaliyyətdə olmayan Bakı-Tbilisi-Supsa neft boru kəmərini də işə sala bilərik. Vaxtilə bu kəmər mühüm əhəmiyyətli ixracat kəməri olmaqla Gürcüstan və Azərbaycan arasında əlavə iqtisadi münasibətlər üçün real platforma idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsindən sonra bu kəmərin səmərəliliyi və effektivliyi aşağı düşdü. İranın karbohidrogen ehtiyatları böhranı kontekstində bu kəmərlə əlavə neft ixracatının dünyaya çatdırılması məsələsi də aktuallaşır. Bu da özlüyündə həm Azərbaycan, həm də Gürcüstana əlavə gəlirlər və dividendlər gətirəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri