25 
Okt
2022
18:00
26
235
2730
Virtual karabakh

Otuz illik bitərəflik: İranın susqunluğunu nə pozdu? - AÇIQLAMA + FOTO

25 Okt, 2022
18:00
2730

Otuz illik bitərəflik: İranın susqunluğunu nə pozdu? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İranda ermənilərə hətta muxtariyyət, federal hökumət də versələr, ermənilər nə say, nə geosiyasi güc baxımından İran hökumətinə təhdid sayılarlar. Hətta kürdlər də İran üçün təhdid sayılmırlar. Ona görə də İran etirazlar zamanı kürdlərin bayraq qaldırmasına, istəklərini səsləndirmələrinə çox reaksiya vermir. PKK-nı, YPG-ni dolayı yolla Rusiya ilə birlikdə dəstəkləyir. Amma Azərbaycan türkləri mədəni davranıb sivil formada haqlarını tələb edəndə İran bunu şiddətlə qınayır. Çünki İran Azərbaycanı ciddi təhdid sayır”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Cənubi azərbaycanlı siyasi fəal Babək Bəxtəvər deyib. O qeyd edib ki, İranın ermənipərəst mövqeyini açıqlamaq üçün təxminən 100 il öncəyə nəzər salmaq, Qacarlar sülaləsinin devrilməsinin və Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsinin səbəblərini araşdırmaq lazımdır:

“Qacarlar hakimiyyətinin devrilməsində ingilislərin rolu böyük oldu. Onlardan sonra hakimiyyət iki əsas ideologiyaya söykənirdi: paniranizm-farsçılıq və şiəçilik. Son 100 ildə İran bu ikisi üzərində dayanıb. Lakin Pəhləvilər dönəmində farsçılıq ideologiyası daha aparıcı idi. İran İslam Respublikası yarandıqdan - 1979-cu ildən sonra isə bu ikisi, sadəcə, yerini dəyişdi. Şiə məzhəbi hakimiyyətin əsas ideologiyasına çevrildi və farsçılıq ikinci sırada dayandı. Pəhləvilər zamanı azərbaycanlı-erməni ayrı-seçkiliyi çox gözə batmırdı. Çünki həmin vaxt azərbaycançılıq islamçılıq və ya kommunizm ideologiyası altında idi. Milli Azərbaycan kimliyi üst səviyyəyə qaldırıla bilmirdi. 

Xomeyni dönəmində, inqilabdan sonra bir az Azərbaycan dili məsələsi ortaya çıxdı, qəzetlər çıxdı. Lakin Xomeyni öldükdən, SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra isə anti-Azərbaycan siyasəti şiddətləndi. Azərbaycan və türk kimliyi İranda hökumətə çox böyük strateji təhdid sayıldı. Çünki Azərbaycan bu torpaqlara min ildən çox hakim olub, dövlətçilik qabiliyyəti var. Həmçinin İranda azərbaycanlıların sayının 30 milyondan çox olması da narahatlıq üçün əsas idi. Azərbaycanın müstəqil dövlət olması İran hakimiyyətini qorxuya salırdı”. 

Həmsöhbətimiz bildirib ki, azərbaycanlı kimliyi, Azərbaycan hürriyyəti və dili İranın farsyönlü, şiəçilik üzərində qurulmuş dövlətinə təhlükə sayılır:

“30 il əvvəl Azərbaycan zəif mövqedə olduğu, yəni torpaqları işğal edildiyi, Ermənistan o torpaqlarda at oynatdığı və farslar həmin ərazidən rahatlıqla istifadə etdikləri üçün İran hər şeyə dözümlü yanaşır, yalandan tərəfsizlik nümayiş etdirirdi. Amma 44 günlük savaşda Azərbaycan qələbə qazandı, sonra dəhliz məsələsi ortaya çıxdı, bunlar İranı hiddətləndirdi, artıq nifrətini gizləyə bilmədi. Ona görə də belə bir vəziyyət yarandı”.

Sayad Həsənli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri