25 
Okt
2022
21:14
247
19
1563
Virtual karabakh

Azərbaycanla Qazaxıstanın bir milyard dollarlıq hədəfi: Səfirdən AÇIQLAMA - FOTO

25 Okt, 2022
21:14
1563

Azərbaycanla Qazaxıstanın bir milyard dollarlıq hədəfi: Səfirdən AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ölkəsinin Müstəqillik Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən tədbirdə deyib.

O bildirib ki, Qazaxıstan 2022-ci ilin yanvarında baş verən iğtişaşlardan sonra həqiqi olaraq yenilənib və müasir dövrün çağırışlarına transformasiya edilib.

“Bu dəyişikliklərin ən önəmli hissəsi siyasi islahatlardır. Biz həmçinin iqtisadiyyatımızı monopoliyadan azad edirik”, - deyə o əlavə edib.

Səfir deyib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş və müttəfiqfirlər.

“Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bizim məqsədimiz iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini yaxın gələcəkdə 1 milyard dollara çatdırmaqdır”, - deyə səfir bildirib.

Daha çox şəkil burada: Photostock.az

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri