25 
Okt
2022
20:14
366
106
3714
Virtual karabakh

Putin Paşinyanı devirəcək? - VİDEO

25 Okt, 2022
20:14
3714

Putin Paşinyanı devirəcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsindən sonra özünə gələ bilməyən Nikol Paşinyanın vəziyyəti indi daha da rusçadır.

Soroşçu baş nazir, son dövrlər atdığı addımlarla sərhədlərini belə qoruyan Rusiyanın üzünə ağ olur.

Məsələn, Avropanın mülki missiyasını Ermənistan sərhədinə gətirir, Putinin iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılmır, ölkəsinə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə görüşdən qaçır, əvəzində NATO baş katibi ilə görüşür və nəhayət ABŞ-ın irəli sürdüyü sülh müqaviləsini imzalamağa tələsir.

Bütün bunların hamısı Paşinyanı Rusiya ilə üz-üzə qoyur. Belə bir vəziyyətdə Putin Azərbaycan və Ermənistan liderlərini yenidən üçtərəfli görüşə dəvət edir. 

Sual yaranır, bu görüşdə Rusiya liderinin Nikolun ona qarşı xəyanətinə reaksiyası necə olacaq?

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri