26 
Okt
2022
14:26
66
905
7228
Virtual karabakh

Şeyx İranın anti-Azərbaycan siyasəti barədə suallara cavab verməkdən boyun qaçırdı

26 Okt, 2022
14:26
7228

Şeyx İranın anti-Azərbaycan siyasəti barədə suallara cavab verməkdən boyun qaçırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.

Oxu.Az xəbər verir ki, Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o, susqunluğunu pozmayıb.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri