27 
Okt
2022
00:01
18
315
2665
Virtual karabakh

Bərdənin Qarayusifli kəndinin raketlə atəşə tutulmasından iki il keçir - FOTO/VİDEO

27 Okt, 2022
00:01
2665

Bərdənin Qarayusifli kəndinin raketlə atəşə tutulmasından iki il keçir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından iki il keçir.

Oxu.Az xatırladır ki, Ermənistan beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifliyə zərbələr endirib.

Nəticədə aralarında uşaq və qadınlar da olmaqla beş dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusu dinc sakinlərin qisasını döyüş meydanında alıb.

Xatırladaq ki, Bərdə şəhərinin 5, 8, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri