27 
Okt
2022
12:42
244
13
1864
Virtual karabakh

Türkmənistan və Azərbaycan arasında Transxəzər birləşdirici qaz kəmərinin layihəsi təqdim edildi

27 Okt, 2022
12:42
1864

Türkmənistan və Azərbaycan arasında Transxəzər birləşdirici qaz kəmərinin layihəsi təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik Transxəzər birləşdirici qaz kəmərini inkişaf etdirməliyik”.

Bu barədə Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı - 2022” beynəlxalq konfransında Xəzər dənizinin Türkmənistan sektorunda investisiya imkanlarına həsr olunmuş sessiyada “Trans Caspian Resources, Inc” Məsləhət Komitəsinin direktoru Natali Kostello danışıb.

O bildirib ki, ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək.

“Amerikalı ixtiraçı Tomas Edison bir dəfə demişdi: “İdeyanın dəyəri onun istifadəsindədir”. Transxəzər qaz kəməri ideyası son iki onillikdə ayrı-ayrı şirkətlər tərəfindən irəli sürülüb, bu ideyadan istifadə edib onu həyata keçirməyin vaxtı çatıb”, - deyə Natali Kostello bildirib.

Mənbə: Neytralnıy Turkmenistan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri