27 
Okt
2022
21:08
201
21
970
Virtual karabakh

Azərbaycan mədəniyyətinin Albaniyada tanıdılması barədə müzakirələr aparılıb - FOTO

27 Okt, 2022
21:08
970

Azərbaycan mədəniyyətinin Albaniyada tanıdılması barədə müzakirələr aparılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib.

Nazirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının (23 sentyabr 1993-cü il) 30 illiyi çərçivəsində mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi və Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılmasıdır. 

Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarci işlər nazirinin müavini xanım Artemis Malo və Tirana şəhərinin Bələdiyyə Başçısının müavini Keti Luarasi ilə rəsmi görüşlər keçirib. 

Nazirin birinci müavini Elnur Əliyev “Euronews Albaniya”ya Azərbaycan və Albaniya arasında sıx münasibətlər, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, 30 illik işğal altında saxlanılan torpaqlarımızın azad olunması, həmin ərazilərdə törədilən vandalizm aktları, orada aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycanın Mədəniyyət həftəsi haqqında geniş müsahibə verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri