28 
Okt
2022
21:20
116
36
1380
Virtual karabakh

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalandı - FOTO

28 Okt, 2022
21:20
1380

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paris şəhərində UNESCO baş qərargahında 27-28 oktyabr tarixlərində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyası keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, sessiya çərçivəsində, oktyabrın 28-də nazir Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII  Beynəlxalq Konfransının (MINEPS VII) Bakıda keçirilməsi ilə bağlı Komitə üzvlərinə Azərbaycana dair təqdimatla çıxış edib. 

Sonra Azərbaycan Hökuməti ilə UNESCO arasında MINEPS VII konfransının 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsinə dair Ev sahibi müqaviləsi imzalanıb. Müqaviləni Azərbaycan Hökuməti adından gənclər və idman naziri Fərid Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri