29 
Okt
2022
12:17
193
14
975
Virtual karabakh

Türkiyəli səyahətçi: “Beynəlxalq təşkilatlar ermənilərin törətdikləri vəhşiliklərə düzgün qiymət vermirlər”

29 Okt, 2022
12:17
975

Türkiyəli səyahətçi: “Beynəlxalq təşkilatlar ermənilərin törətdikləri vəhşiliklərə düzgün qiymət vermirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq təşkilatlar viran qoyulmuş Azərbaycan torpaqları ilə əlaqədar hələ də əməli addımlar atmır, ermənilərin törətdikləri vəhşiliklərə düzgün qiymət vermirlər”.

Bunu “Report”a açıqlamasında “Türkiyə Gəzginlər Klubu” dərnəyinin prezidenti Salman Arınc deyib.

Onun sözlərinə görə, bu gün qədim Şuşa şəhərinə səyahət etdikləri üçün sevincli və qürurludurlar:

“Türkiyə Gəzginlər Klubu” olaraq, pandemiyadan sonra ilk səfərimizi Azərbaycana, xüsusilə Qarabağa etmək qərarına gəldik. Fikrimcə, Şuşa Qarabağın qəlbidir və çox geniş mədəniyyətə sahibdir. Təəssüf ki, bu qədim şəhər erməni vandalizminə məruz qalaraq xarabaya çevrilib, lakin Azərbaycanın qısa zamanda gördüyü quruculuq işləri bizi bir daha qürurlandırdı”.

“Burada bir xalqın irsi dağıdılıb, məhv edilib, şəhərlər tamamilə xarabalığa çevrilib. Lakin UNESCO kimi beynəlxalq təşkilatlar hələ də bu məsələyə lazımi reaksiya vermir. Sadəcə, sözdə qınamaqla bu məsələdə həll yolu tapıla bilməz. Beynəlxalq təşkilatlar erməni vandalizminə düzgün qiymət verilməlidir”, - S.Arınc vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri