29 
Okt
2022
16:16
219
18
1051
Virtual karabakh

Beynəlxalq səyyah: “Şuşa bizim üçün də önəmli şəhərdir”

29 Okt, 2022
16:16
1051

Beynəlxalq səyyah: “Şuşa bizim üçün də önəmli şəhərdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa şəhəri Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də bir o qədər vacib şəhərdir”.

Bunu “Report”a açıqlamasında Şuşada səfərdə olan “Türkiyə Gəzginlər Klubu” dərnəyinin üzvü, beynəlxalq səyahətçi Nurşen Yıldırım deyib.

Türkiyəli səyyah həmişə adını eşitdiyi, amma heç vaxt ərazisində olmadığı Şuşa şəhərini ziyarət etməkdən məmnun olduğunu bildirib:

“44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq sayəsində bu gün rahatlıqla işğaldan azad edilən torpaqlara səyahət edə bilirik. Artıq buralara həyat qayıtmağa başlayıb və bunun üçün azərbaycanlı qardaşlarımız kimi biz də xoşbəxtik. Ümid edirik ki, azad olunan bütün ərazilərdə bərpa-quruculuq işləri tez bir zamanda bitəcək və yurd həsrətində olan insanlar öz evlərinə birdəfəlik qayıdacaqlar”.

Beynəlxalq səyyah həmçinin vurğulayıb ki, müharibə bitsə də, azərbaycanlılara qarşı törədilən cinayətlər davam edir:

“Hazırda azərbaycanlılar həm də mina problemi ilə üz-üzədir. Bəlkə də onilliklər sonra belə bu minalar insanlara zərər verəcək. Düşünürəm ki, beynəlxalq təşkilatlar və əlaqədar qurumlar Ermənistanın mina terroruna səssiz qalmamalı və insanlıq adına qəti şəkildə öz mövqelərini bildirməlidirlər”.

Qeyd edək ki, bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib. Səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub. Heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri