29 
Okt
2022
17:15
34
205
1583
Virtual karabakh

Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

29 Okt, 2022
17:15
1583

Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik, sülh və sabitlik məsələləri barədə fikir mübadiləsi aparılıblar.

Görüşdə həmçinin Azərbaycanla kommunikasiyaların açılması müzakirə edilib, delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə toxunulub.

Mənbə: “Sputnik Ermənistan”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri