Noy
2022
12:40
110
12
1453
Virtual karabakh

BMT “xalis sıfır emissiya” zonasının yaradılmasında Azərbaycana kömək etməyə hazırdır

2 Noy, 2022
12:40
1453

BMT “xalis sıfır emissiya” zonasının yaradılmasında Azərbaycana kömək etməyə hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birləşmiş Millətlər Təşkilatı (BMT) işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonasının yaradılmasında Azərbaycana yardım etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.

O bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ilk dialoq Azərbaycanda “yaşıl transformasiya”ya yönəlib.

BMT-nin Rezident Əlaqələndiricisi noyabrın 6-da Misirin Şarm əş-Şeyx şəhərində İqlim Dəyişikliyi Konfransının (COP27) işə başlayacağını xatırladıb.

“Azərbaycan təmiz ətraf mühiti əsas məqsədlərindən biri kimi müəyyənləşdirib. Ötən il Qlazqo şəhərində keçirilən COP26 konfransında Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaratmaq arzusunu ifadə edib. BMT bu məqsədlərə çatmaqda kömək göstərmək üçün Azərbaycanla işləmək niyyətindədir”, - V.Andreeva bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri