Noy
2022
13:56
131
16
600
Virtual karabakh

Diaspor gəncləri Zəfər Günü münasibətilə videoçarx hazırlayıblar - VİDEO

8 Noy, 2022
13:56
600

Diaspor gəncləri Zəfər Günü münasibətilə videoçarx hazırlayıblar - VİDEO

Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş onlayn formatlı tədbiri keçirilib. 

40 ölkədən 60-a yaxın fəal diaspor gəncinin qatıldığı onlayn görüş ADG platformasının üzvü, Vroslav Universitetinin doktorantı Suliddin Bağırovun moderatorluğu ilə baş tutub. 
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Emin Rüstəmov Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri sayılan Zəfər Günü münasibətilə gənc soydaşlarımızı təbrik edib.

Sonra Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Dəniz Xüsusi Təyinatlılarının zabiti, 3-cü dərəcəli kapitan Babək Şirinov, ADG platformasının üzvü, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar Cəfərova çıxış ediblər. 

Natiqlər İkinci Qarabağ savaşında keçilən döyüş yolundan, Ordumuzun Şuşa, Xudafərin, Qubadlı və Xocavənd istiqamətində nümayiş etdirdiyi igidlikdən, Ramiz Cəfərovun şücaətindən və Şuşada şəhid olmasından danışıblar. Diaspor gənclərinin birliyinin əhəmiyyətinə diqqət cəlb edilib. 

Tədbir diaspor gənclərinin Zəfər Günü ilə bağlı hazırladıqları videoçarxın təqdim olunması ilə yekunlaşıb. ABŞ, Kanada, Böyük Britaniya, Rusiya, Belarus, Fransa, Niderland Krallığı, Finlandiya, Fransa, İsveçrə və Özbəkistanda yaşayan gənc soydaşlarımız hazırladıqları videoçarxda “Mən qalib xalqın nümayəndəsiyəm. Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!” deyərək, şanlı qələbəmizlə bağlı ürək sözlərini və xoş arzularını xalqımıza çatdırıblar. 

Qeyd edək ki, videoçarx ADG platformasının Gürcüstandan olan üzvü Almaz Nadiroğlunun və 10-dan çox ölkədən olan ADG üzvlərinin iştirakı ilə “Real News Media Holding” və Azərbaycan Diaspor Gəncləri paltformasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri