Noy
2022
12:55
34
111
1808
Virtual karabakh

İrina Zukerman: “ABŞ-nin İrəvanla Bakı arasında sülh müqaviləsi bağlanması istiqamətində planı mövcud deyil”

9 Noy, 2022
12:55
1808

İrina Zukerman: “ABŞ-nin İrəvanla Bakı arasında sülh müqaviləsi bağlanması istiqamətində planı mövcud deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir neçə gündə Ermənistan-Azərbaycan münasibətlərindəki nizamlanma mövzusu dəfələrlə ən yüksək səviyyələrdə müzakirə olunub.

Bir müddət əvvəl Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN-in rəhbərlərinin görüşü baş tutub.

Məsələ ilə bağlı Oxu.Az-a danışan ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Zukerman son günlər ABŞ-ın əlində Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin planının olması haqqında bunları deyib:

“Əgər ABŞ-ın həqiqətən də belə bir planı varsa, bu, geniş ictimaiyyətə təqdim edilmək üçün nəzərdə tutulmayıb. Halbuki bunu təqdim etmək Co Baydenin və onun administrasiyasının maraqlarına uyğun idi. Bununla Birləşmiş Ştatlar xüsusən də belə bir enerji əhəmiyyətli regionda ciddi və uğurlu danışıqlar apardığını göstərmiş olardı. Öz növbəsində ABŞ-dakı həmin erməni diasporu isə sülh sazişi ilə bağlı ya hökumətə hücum edə, ya da onu tərifləyə bilərdi. Amma biz hansısa hücumu və tərifi görmürük, necə ki, ABŞ-ın əlində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq istiqamətində planı mövcud deyil. Ona görə də “Amerika planı” deyilən bir plan varsa, dəqiqdir ki, onun müəllifləri Ağ Evdə deyillər”.

İrina Zukerman İrəvandakı siyasi dairələrin sülh müqaviləsi ilə bağlı saldıqları səs-küyə isə belə cavab verib:

“ABŞ Konqresi üçün son aylarda Cənubi Qafqaz məsələsi prioritet deyildi. Xarici və daxili siyasi müzakirələrdə prioritet İran, Ukrayna, Rusiya və müəyyən qədər Çin idi. Konqresin müvafiq komitələrində İran məsələsi birinci yerdə idi. Qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Vaşinqtonda keçirilən son görüşə hətta Konqresin heç bir aidiyyəti yox idi, bu, Ağ Evin təşəbbüsü idi. Konqresdəki ermənipərəst qruplar susurlar. Onlar ya hadisələri izləməyiblər, ya da ABŞ administrasiyası onları müzakirə prosesinə cəlb etməyib”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri