11 
Noy
2022
18:20
26
327
2727
Virtual karabakh

Ukraynada həbsdə saxlanılan qazinin vəkili: “Zərərçəkmiş ifadəsini yenidən dəyişib”

11 Noy, 2022
18:20
2727

Ukraynada həbsdə saxlanılan qazinin vəkili: “Zərərçəkmiş ifadəsini yenidən dəyişib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Misir Qasımlı və Sübhan Quliyevin müdafiə hüquqları pozulub”.

Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Valeri Dobronitsa Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, zərərçəkmiş ifadəsini dəyişdiyi üçün cinayət məsuliyyəti daşımalıdır:

“Noyabrın 7-də keçirilən məhkəmə prosesində Misir Qasımlının dəfələrlə sözü kəsilib. Bu, qanun pozuntusu hesab olunur. Zərərçəkmiş məhkəməyə videobağlantı ilə qoşulub. Hakim məhkəmə zamanı Misir Qasımlı və Sübhanın suallarını məhdudlaşdırıb. Bununla yanaşı, hakim məhkəmə prosesində zərərçəkmişin mobil telefon nömrəsini alıb.

Zərərçəkmiş əvvəl verdiyi ifadələrə zidd sözlər danışıb. Misir və vəkilləri ifadəsinin dəyişdiyini deyəndə hakim bildirib ki, zərərçəkən istədiyi vaxt ifadəsini dəyişə bilər. Halbuki, zərərçəkmiş ifadəsini dəyişdiyinə görə cinayət məsuliyyəti daşımalıdır”.

V.Dobronitsanın sözlərinə görə, Ombudsman bu məsələnin onların səlahiyyətinə aid olmadığını deyib:

“Səfirlik bu işlə məşğul olduğunu bildirir. Bir dəfə məhkəməyə yazıblar ki, işi sürətləndirin. Onlar bir neçə dəfə gəlib öz gözləri ilə görüblər ki, qanunlar pozulub. Məhkəməyə heç bir irad bildirməyiblər. Ancaq xahişləri olub.

Ombudsmana bir neçə ay əvvəl müraciət edilib. O, hakimə bununla bağlı sorğu göndərib. Hakim də deyib ki, “işdə heç bir qanun pozuntusu yoxdur”. Ombudsman araşdırma aparmadan hakimin sözünə inanıb. Lakin Kiyev Apellyasiya Məhkəməsi qanun pozuntusunun olduğunu, həbslərin qanunsuz olduğunu söyləyir. İkinci dəfə Ombudsmana məktub göndərilib. Rus dilində məktub göndərilib, bizə ingilis dilində cavab verilib ki, bir dəfə bununla bağlı cavab vermişik, bu bizim səlahiyyətimizə aid deyil. Bir sözlə, tələblərə baxılmır”.

Vəkil Misir Qasımlı və Sübhan Quliyevin həbsinin 40 gün uzadılmasının maddə ağırlığı ilə əlaqələndirildiyini əlavə edib:

“Onların həbsində dörd risk var idi. Bu risklərin hamısını prokuror azaldıb. Maddələrin ağırlığı ilə əlaqələndirib. Hakim isə qərarında öz səlahiyyətindən kənara çıxaraq riskləri yazıb. Dünən keçirilən məhkəmə iclasında Misir etirazını bildirib. Bunu texniki səhvlə əlaqələndiriblər. 

40 günlük uzatma məsələsində başa düşdük ki, hər şey bizim xeyrimizə olsa da, ədalətli qərar qəbul etmək istəmirlər. Sifarişli bir işdir. Dünən keçirilən məhkəmə tərcüməçi olmaması səbəbindən təxirə salınıb. Növbəti məhkəmə noyabr ayının 16-da baş tutacaq”.

Qeyd edək ki, Misir Qasımlı və onun vəkilləri məsələyə aidiyyəti qurumların baxması üçün müraciət ediblər.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri