16 
Noy
2022
12:00
348
38
1585
Virtual karabakh

Komitə sədri İranı tənqid etdi

16 Noy, 2022
12:00
1585

Komitə sədri İranı tənqid etdi

Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İranı tənqid edib.

Oxu.Az-ın məlumatına əsasən, Ziyafət Əsgərov deyib ki, Azərbaycan torpaqları 30 il ərzində erməni işğalı altında olanda İran bir dəfə olsun sərhədlərin dəyişdirilməsinin və işğalın qəbuledilməz olduğunu demədi.

Ziyafət Əsgərov qeyd edib ki, İranın Arazboyu təlimləri onun müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədi yox, hücum planı kimi qiymətləndirilməlidir.

“Düzdür, İran bu təlimlər barədə Azərbaycan tərəfinə məlumat vermişdi. Amma nə olsun? Onlar təlimləri ilə başqa şeyi sübut etdilər”, - deyə Ziyafət Əsgərov əlavə edib.

Deputat deyib ki, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran qonşu dövlətin, həm də əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən dövlətin işğalına etiraz etməyib.

“İran Azərbaycan torpaqlarının işğalda olduğu müddətdə ermənilərin məscidlərdə donuz saxlamasına reaksiya verməyib”, - deyə o əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri