17 
Noy
2022
17:50
26
447
3404
Virtual karabakh

Urmiya gölü urana görə qurudulur - VİDEO

17 Noy, 2022
17:50
3404

Urmiya gölü urana görə qurudulur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda molla rejiminin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibət nəticəsində Urmiya gölünün artıq 90 faizi quruyub. 

Vaxtilə su həcmi 31 milyard kubmetr olan göldə indi cəmi 3 milyard kubmetr su qalıb. Bu faciəli vəziyyətlə bağlı isə İran hökuməti nə özü bir tədbir görüb, nə də beynəlxalq təşkilatlar, böyük ölkələr tərəfindən uzadılan yardım əlini qəbul edib. Sən demə, fars rejiminin Urmiya gölünü məhv etməkdə başqa məqsədi var. 

Güney Azərbaycan milli oyanış hərəkatının lideri Mahmudəli Çöhrəqani fars rejiminin ekoloji terrorunun gerçək səbəbinə aydınlıq gətirib. 

O qeyd edib ki, Urmiya gölü atom bombasına görə qurudulur. 

“Dünyada çox mühüm və baha olan bir maddə var. İran onu axtarır. Bu, uraniumdur”, - deyə M.Çöhrəqani əlavə edib. 

Urmiya gölü ilə bağlı yaranan faciəli durumun acı nəticələri haqqında mətbuatda gedən xəbərləri ağrı-acısız oxumaq mümkün deyil. “Təbrizin səsi” və “Öyrənci” qəzetlərinin yazdığına görə, gölün quruyan hissələrində yaranan ağır ekoloji vəziyyət buradan 40 kəndin sakinlərinin başqa bölgəyə köçməsinə səbəb olub. 

Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib. Əhalisinin sayı 3-4 milyon olan bir bölgənin boşalması, onların çoxunun farsdilli yaşayış yerlərinə axını indiki və gələcək nəslin milli kimlikdən uzaqlaşma işini asanlaşdırır. Buna görə də bu məsələ hər bir türkü düşündürüb, narahat etməlidir. Urmiya gölünün fəryadına, harayına səs verilməli, onun dərdinə çarə axtarılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri