22 
Noy
2022
20:49
22
282
1946
Virtual karabakh

KTMT-nin İrəvan toplantısı: Gündəlikdə Ermənistan-Azərbaycan münasibətləri də var

22 Noy, 2022
20:49
1946

KTMT-nin İrəvan toplantısı: Gündəlikdə Ermənistan-Azərbaycan münasibətləri də var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasda təşkilata üzv ölkələrin xarici siyasət və hərbi-texniki əməkdaşlıq məsələlərindəki koordinasiyası müzakirə olunur.

“Gündəliyimizdə xarici siyasətin koordinasiyası, hərbi-texniki əməkdaşlıq, yeni təhdidlərə aid iyirmiyə yaxın sənəd var. Layihələrin və məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Ümid edirəm ki, məhsuldar fikir mübadiləsi aparılacaq”, - Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iclası açarkən deyib.

O vurğulayıb ki, İrəvan hazırkı görüşdə Ermənistan və Azərbaycan arasındakı sərhəd gərginliyinin müzakirəsinə xüsusi önəm verir.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 2022-ci ildə Ermənistan KTMT-yə sədrlik edir. Gələn il isə sədrlik Belarusa keçəcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri