25 
Noy
2022
14:24
227
5
779
Virtual karabakh

“Ermənistan əməllərinə görə cavab verməsə, cinayətlərini davam etdirəcək” - RƏY + FOTO

25 Noy, 2022
14:24
779

“Ermənistan əməllərinə görə cavab verməsə, cinayətlərini davam etdirəcək” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməsə, cinayətlərini davam etdirəcək”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

44 günlük Vətən müharibəsi bitdikdən sonra meydana çıxan ən vacib problemlərdən birinin mina təhlükəsi olduğunu qeyd edən ekspert bildirib ki, Azərbaycanın həm hərbi, həm də mülki təyinatlı obyektləri minalanıb:

“Belə olan halda Azərbaycan iki istiqamətdə minatəmizləmə işlərini həyata keçirməyə başlayıb. Birincisi hərbi təyinatlı minatəmizləmə işləridir ki, bunlar hərbi obyektlərin, infrastrukturun təmizlənməsi idi. Çünki həmin ərazilərdə sonradan hərbi birliklərin dislokasiyası həyata keçirilməlidir. İkinci, ən əsas və ən çətin proses isə humanitar təyinatlı minatəmizləmə işləridir. Bu zaman hər bir yaşayış məntəqəsinin, hər evin, hər ağacın, mülki təyinatlı bütün hərəkət zolaqlarının təmizlənməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, statistika da göstərir ki, minaya düşən şəxslərin əksəriyyəti mülki vətəndaşlardır:

“Bu mülki şəxslər də məhz öz doğmalarının məzarlarını və yurdlarını ziyarət edən zaman minaya düşərək xəsarət alıb, həyatlarını itiriblər”.

Ermənistanın müharibədən sonra da Qarabağın bir hissəsində minalama prosesi həyata keçirdiyini xatırladan hərbi ekspert bildirib ki, artıq bununla bağlı ilkin faktlar da ortaya çıxıb:

“Azərbaycan Ordusu Sarıbaba yüksəkliyini işğaldan azad etdikdən sonra həmin ərazidə xeyli sayda minalar aşkarlandı. Ən dəhşətlisi isə odur ki, həmin minalar məhz piyada əleyhinədir. Beynəlxalq konvensiyalara əsasən, piyada əleyhinə minaların istehsalı və onlardan istifadə qadağandır. Ermənistan isə həmişə olduğu kimi, bütün bu qanunlara qarşı çıxaraq öz ərazisində piyada əleyhinə minaların istehsalına başladı. Bu, birbaşa Azərbaycana qarşı yönələn cinayət faktıdır”.

“Ermənilərin məqsədi geri çəkildikləri əraziləri minalamaqla maksimum şəkildə insan itkisinə yol açmaqdır. Bu isə hərbi cinayət faktıdır. Hesab edirəm ki, Azərbaycan sözügedən məsələlərlə bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət etməli və yuxarıda qeyd etdiyim cinayət faktlarının nəzarətə götürülməsinə və problemin həll edilməsinə nail olmalıdır. Əks təqdirdə Ermənistan öz cinayətlərini davam etdirəcək. Nəticədə isə mülki şəxslər xəsarət alacaqlar”, - R.Məmmədli vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri