26 
Noy
2022
12:00
348
13
2006
Virtual karabakh

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi - FOTO

26 Noy, 2022
12:00
2006

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəsinə olunan humanitar yardıma görə Azərbaycan xalqına təşəkkür edib.

Səfir bu barədə öz “Facebook” hesabında paylaşım edib.

“Və bu gün də boşuna getmədi. “Saf ürəklər” Xeyriyyə Fondunun komandası Xarkov vilayətinə, işğaldan azad edilmiş ərazilərdə olan müdafiəçilərimiz və mülki vətəndaşlarımız üçün generatorlar və 40 tondan çox ərzaq, geyim, isti paltarlar və gigiyena vasitələri göndərdi”, - deyə Kanevski qeyd edib.

O, humanitar yardımın ərsəyə gəlməsində əməyi olan Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə və dostcanlı Azərbaycan xalqına, həmçinin digər ölkələrə minnətdarlığını ifadə edib.

“Hər kəsə yardımınız və dəstəyiniz üçün təşəkkür edirik!

Bu işdə daimi dəstəyə və köməyə görə Ukrayna Xarici İşlər Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm.

Hər şey yaxşı olacaq! Yaşasın Ukrayna!” - deyə səfir vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri