26 
Noy
2022
16:21
511
47
1640
Virtual karabakh

Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açır - SƏRƏNCAM

26 Noy, 2022
16:21
1640

Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açır - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisi, İsrail Dövlətində səfirliyi açılacaq.

Prezident.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara görə, Fələstindəki Təmsilçilik Ofisi Ramallah şəhərində, İsraildəki səfirlik isə Təl-Əvivdə təsis olunacaq.

Fələstində Təmsilçilik Ofisinin və İsraildəki səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə həvalə olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin və səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri