26 
Noy
2022
16:34
210
34
991
yuxarı
BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi açılacaq - SƏRƏNCAM
26 Noy, 2022
16:34
991
210
34
BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi açılacaq - SƏRƏNCAM
Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu barədə Prezident.az məlumat verib.
Sərəncama görə, Azərbaycan Nazirlər Kabinetinə BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etmək həvalə olunur.