28 
Noy
2022
19:52
69
123
911
Virtual karabakh

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

28 Noy, 2022
19:52
911

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanunun Əsas anlayışlar maddəsinə yeni əhalinin ərzaq təhlükəsizliyi bəndi əlavə olunur.

Əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri