29 
Noy
2022
15:40
33
174
925
yuxarı
İbrahim Kalın: “Ermənistanla sərhədin açılması üçün texniki işlər aparılıb”
29 Noy, 2022
15:40
925
33
174
İbrahim Kalın: “Ermənistanla sərhədin açılması üçün texniki işlər aparılıb”
“Sərhədin açılması üçün texniki işlər aparılıb. Proses müsbət istiqamətdə davam edir”.
Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber7” telekanalına verdiyi xüsusi müsahibə zamanı ölkəsinin Ermənistanla sərhədlərinin açılması barədə sualı cavablandırarkən deyib.
İ.Kalın həmçinin Azərbaycan və Ermənistan münasibətlərini də şərh edib.
“Ermənistanla Azərbaycan arasındakı proseslərin məcrada irəliləməsi zəruridir. Danışıqlar konstruktiv şəkildə davam etdirilir. 30 ildir qurulması mümkün olmayan əlaqələr bərpa olunur. Qarabağ məsələsi həll olundu.
Eyni zamanda Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Müvafiq vaxt və şərtlər daxilində addımlar atıla bilər”, - deyə İbrahim Kalın qeyd edib.