29 
Noy
2022
19:06
24
133
1035
Virtual karabakh

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

29 Noy, 2022
19:06
1035

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Sənəd layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri