30 
Noy
2022
20:52
368
26
5938
Virtual karabakh

“Landmark”dan terrorizmi təbliğ edən filmlə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

30 Noy, 2022
20:52
5938

“Landmark”dan terrorizmi təbliğ edən filmlə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Landmark” plaza nə səfirlik, nə də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi ilə sözügedən filmin təqdimatı üçün razılığa gəlib”.

Bu sözlər “Landmark”dan Oxu.Az-a verilən açıqlamada yer alıb.

Plazadan bildirilib ki, səfirliyin yaydığı məlumat həqiqəti əks etdirmir:

“Bizdə belə bir təqdimat baş tutmayacaq. Ümumiyyətlə, hər hansı bir tədbir keçirildikdə əvvəlcədən mövzu barədə məlumat əldə edirik. Əgər tələblər uyğun gəlmirsə, razılaşma olmur. “Odda-İki bacı” filmi barədə bizə müraciət belə edilməyib”.

Qeyd edək ki, bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları “Odda - İki bacı” filminnin nümayişinin “Landmark” plazada təqdim edilə biləcəyinə dair məlumat yayıb. Filmdə PKK terrorçu qruplaşmasının təbliğinə yer verildiyi üçün səfirliyin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, hadisədən xəbər tutan vətəndaşlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişinə qarşı çıxaraq “Landmark” plazanın qarşısında toplaşıblar.

Sayad Həsənli

19:47

Bakıda “Landmark” plazanın qarşısında “Odda - İki bacı” adlı filmin nümayişilə bağlı etiraz aksiyası keçirilir.

Oxu.Az xəbər verir ki, nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.

Etiraz aksiyası dinc şəraitdə keçirilir. Polis nümayişə müdaxilə etmir, belə ki, etirazçılar tərəfindən hər hansı bir asayişin pozulması halları müşahidə olunmur. Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişindən imtina ediblər. Buna səbəb isə onun məzmununun ölkəmizdə narazılıq yaratmasıdır. Belə olan halda Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları filmin nümayişinin “Landmark” plazada təqdim edilə biləcəyini bildirib.

Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri