30 
Noy
2022
22:58
21
134
971
Virtual karabakh

Soltan Məmmədov: “Fransa Milli Assambleyasının qərəzli qətnaməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir”

30 Noy, 2022
22:58
971

Soltan Məmmədov: “Fransa Milli Assambleyasının qərəzli qətnaməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkələrimiz arasında münasibətlərə daha bir zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətində Fransaya olan etimadsızlığın əsaslı olduğunu bir daha sübut etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

O qeyd edib ki, daha əvvəl Fransa Senatının qəbul etdiyi qətnamə də eyni siyasi məqsədlərə xidmət edir.

Deputat vurğulayıb ki, bu cür əsassız və Azərbaycan üçün heç bir siyasi əhəmiyyəti olmayan sənədlərin qəbul edilməsi Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərinə mane olur:

“Şübhə yoxdur ki, bu qətnamənin qəbul edilməsində əsas məqsədlərdən biri Azərbaycana siyasi təzyiq üçün əlavə imkanlar yaratmaqdan ibarətdir. Lakin fransalı həmkarlarımız son illərin təcrübəsinə nəzər salsalar görərdilər ki, Azərbaycana təzyiq göstərmək, milli maraqlarını güzəştə getməyə məcbur etmək sadəcə mümkün deyil. Bizim ölkəmiz tamamilə müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində öz yerini, tərəfdaşlarını sərbəst şəkildə müəyyən etmək imkanına malik güclü bir dövlətdir. Hansısa ölkənin parlamentinin qəbul etdiyi sənəd mövqeyimizi və siyasətimizi dəyişmək gücündə deyil”.

Soltan Məmmədov qeyd edib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi “Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə” dair qətnamədə tamamilə absurd mülahizələr yer alıb. Azərbaycana qarşı irəli sürülən ittihamlar isə heç bir konkret fakta, beynəlxalq hüquqi sənədlərə əsaslanmır:

“Azərbaycan Milli Məclisi Fransa Senatının qəbul etdiyi məlum qətnamə ilə bağlı bəyanat yaymışdı. Düşünürəm ki, həmin bəyanatda ölkəmizin, Azərbaycan parlamentinin mövqeyi də aydın şəkildə öz əksini tapıb. Təəssüf ki, bizim çoxsaylı çağırışlarımızdan nəticə çıxarılmadı. Senatın və Assambleyanın qəbul etdiyi sənədlər ilk növbədə Fransanın öz milli maraqlarına, o cümlədən, Cənubi Qafqazla bağlı siyasətinə vurulan zərbədir. Heç kim üçün sirr deyil ki, Cənubi Qafqazla bağlı maraqları olan, bu regionda öz təsir imkanlarını saxlamaq istəyən dövlətlər Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədir”.

Deputat bildirib ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Cənubi Qafqaz ölkələri ilə münasibətlərində, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair siyasətində tərəfsiz olmadığını bir daha nümayiş etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri