Dek
2022
14:47
343
31
3871
Virtual karabakh

Lavrov: “Alma-Ata Bəyannaməsi imzalananda DQMV Azərbaycan SSR-in tərkibində olub” - VİDEO

1 Dek, 2022
14:47
3871

Lavrov: “Alma-Ata Bəyannaməsi imzalananda DQMV Azərbaycan SSR-in tərkibində olub” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 “Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel - red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir”, - Lavrov deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri