Dek
2022
14:04
37
232
4486
Virtual karabakh

“Naxçıvanın taleyi düşmən hədəfindədir, Ermənistan və İran seqmentində fəallaşma var” - RƏY + FOTO

2 Dek, 2022
14:04
4486

“Naxçıvanın taleyi düşmən hədəfindədir, Ermənistan və İran seqmentində fəallaşma var” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Naxçıvanda korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. “Təmizləmə” işləri çərçivəsində muxtar respublikanın əvvəlcə Gömrük Komitəsinin şöbə rəisi, sonra isə maliyyə naziri saxlanıldı. Bəzi qüvvələr bu prosesə siyasi don geyindirməyə çalışsalar da, məlumdur ki, son illər Azərbaycanın bütün bölgələrində dövlət vəsaitinin mənimsənilməsini önləmək üçün əsaslı addımlar atılır. Bunu görmək üçün qısa araşdırma etmək yetərlidir.

Mövzu barədə Oxu.Az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, son həftələr informasiya məkanında bu məlumatların geniş yayılması müəyyən qədər narahatlıq doğurur:

“Digər tərəfdən isə dövlət təhlükəsizlik orqanlarının hər bir məlumatı geniş yoxlamalardan keçirməsi və addım atarkən təkcə hüquqi deyil, eyni zamanda siyasi və ictimai nəticələri hesabladığını bilmək bu narahatlığı aradan qaldırır. Bu proses yalnız Naxçıvanda həyata keçirilmir, ölkənin digər ərazilərində də icra hakimiyyəti rəhbərləri, hökumət strukturlarının yüksəkvəzifəli nümayəndələri korrupsiya cinayətləri törədəndə müvafiq addımlar atılır.

Naxçıvandakı həm maliyyə, həm də gömrük sistemində üzə çıxan sistemli cinayətlərə qarşı atılan addımlar da bu qəbildəndir. Burada mühüm bir məqam ondan ibarətdir ki, bu məsələlərə müəyyən hadisələr nəticəsində Azərbaycandan aralı düşmüş Naxçıvanınla quru nəqliyyat əlaqələrini bərpa etmək üçün addımlar atılarkən siyasi çalar qatılır. Ona görə ikiqat narahatlıq yaranır”.

Millət vəkili vurğulayıb ki, qlobal miqyasda ölkə taleyinin həll olunduğu bir vaxtda Konstitusiya ilə muxtar respublika statusu daşıyan inzibati ərazi vahidini müzakirəyə çıxarıblar:

“Naxçıvanın taleyi yüz il bundan əvvəl də düşmənlər tərəfindən hədəfdə olub. Erməni informasiya seqmentində Naxçıvanla bağlı fəallaşma var. Nəinki orada, hətta İranda da Naxçıvan mühüm strateji hədəf kimi analiz olunur. Ona görə də çalışırıq ki, atılan hüquqi, inzibati, siyasi addımlar mahiyyət etibarilə, bir tərəfdən, Azərbaycanın coğrafi bütünlüyünü və Naxçıvanın toxunulmazlığını təmin eləsin, digər tərəfdən, unitar idarəetmənin çevikliyini ortaya qoysun, həmçinin idarəetmədə şəffaflıq, hesabatlılıq yaratsın.

Unutmayaq ki, Naxçıvanın təhlükəsizliyi, ötən illər ərzində ayaqda qalması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Biz yaxşı xatırlayırıq ki, Heydər Əliyev tərəfindən müstəqillik üçün atılan addımlar xalqımızın apardığı mübarizəyə yön verib. Naxçıvanla bağlı veriləcək qərarlar Prezidentin səlahiyyətindədir. Biz ölkənin milli təhlükəsizlik maraqlarını əsas götürməliyik. Bu məsələdə söylənəcək mötəbər qərarın müəllifi yalnız ölkənin birinci şəxsi ola bilər. Biz parlament üzvləri yalnız ümumi məlumatlar çərçivəsində şərhlərimizi verməyə çalışırıq”.

Deputat hesab edir ki, hər hansı ərazidə korrupsiya faktları mövcuddursa, ona qarşı sərt tədbirlər görülməlidir:

“Hazırda büdcədən bir manat vəsaitin belə, mənimsənilməsi azad edilən torpaqlarda görülməsi planlaşdırılan mühüm işlərin qarşısını alır. O torpaqlarda görüləcək işlər, sadəcə, Qarabağın, Şərqi Zəngəzurun yox, bütövlükdə ölkəmizin gələcək şəkillənməsində rol oynayacaq. Digər sərhəd bölgələrimizdəki cinayət faktları nə dərəcədə Ermənistan-Azərbaycan arasında təhlükəsizlik limitinə zərər vurursa, Naxçıvana qarşı atılan addımlarda da eyni vəziyyət yaranır. Ona görə də bu məsələdə sərt mövqe göstərməyin əleyhinəyəm. Qərarların strateji hədəfi bəlli olmadan, yalnız mülahizə ilə belə mühüm məsələdə hökm vermək düzgün olmaz”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri