Dek
2022
11:08
99
9
889
Virtual karabakh

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

3 Dek, 2022
11:08
889

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb.

Bu barədə Mərkəz məlumat yayıb.

Belə ki, Prezident Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - xanım Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq prezidenti Boris Tadiçi, Bolqarıstanın sabiq prezidentləri Rozen Plevneliyev və Petar Stoyanovu, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç və sabiq baş naziri Zlatko Laqumdziyanı, BMT-nın Baş Assambleyasının 73-cü prezidenti Mariya Fernanda Espinozanı, Çexiya Respublikasının sabiq baş naziri Yan Fişer, Moldovanın sabiq baş naziri Kiril Qaburiçini, Albaniyanın sabiq prezidenti Rexhep Meydanini, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçalı, Xorvatiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi və Mərkəzin baş katibi Rövşən Muradovu qəbul edib.

Qeyd olunub ki, görüşdə Prezident Eqils Levitsə Mərkəzin son dövrlərdə reallaşdırdığı layihələr, qarşıda gələn X Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya, Avropa təhlükəsizliyi, Enerji təhlükəsizliyi haqqında fikir mübadiləsi aparılıb.

Latviya Prezidentinə Mərkəzin X illiyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim olunub.

Toplantının davamı olaraq Latviyanın sabiq prezidentləri Quntis Ulmanis (1993-1999), Andris Berlins (2011-2015), Raimonds Veyonis (2015-2019), Estoniyanın sabiq prezidenti Toomas Hendrik Lives (2006-2016), Latviyanın sabiq baş naziri Laimdota Straujumanın (2014-2016) iştirakı ilə Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqanın 85 illiyinə və Mərkəzin təsis olunmasının X illiyinə həsr olunmuş ziyafət təşkil olunub. Ziyafət zamanı Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Latviya Respublikasının sabiq prezidenti və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqaya təbrik məktubu və Fəxri Diplom təqdim edilib. O cümlədən ÜST Baş Direktoru Dr. Tedros Qebreyesusun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miqel Anqel Moratinosun təbrik məktubları təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri