Dek
2022
10:29
274
35
1929
Virtual karabakh

Corc Dik: “İsrail-Azərbaycan əməkdaşlığının kosmik sahədə də genişlənəcəyinə ümid bəsləyirəm” - FOTO/VİDEO

6 Dek, 2022
10:29
1929

Corc Dik: “İsrail-Azərbaycan əməkdaşlığının kosmik sahədə də genişlənəcəyinə ümid bəsləyirəm” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger ilə Azərbaycanda fəaliyyət göstərən səfirlik və konsulluq təmsilçilərinin görüşü keçirilir.

Oxu.Az xəbər verir ki, görüşün məqsədi 2-6 oktyabr 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında ölkəmizdə beynəlxalq rəsmi nümayəndələri məlumatlandırmaqdır.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) sədri Saməddin Əsədov, ölkəmizdə olan səfir və diplomatik nümayəndələr iştirak edirlər.

Jurnalistlərə müsahibə verən İsrail səfiri Corc Dik Azərbaycanı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcəyinə görə təbrik edib:

“İsrail bu tədbirə 2015-ci ildə ev sahibliyi edib. Azərbaycanın da bu işdə uğurlu olacağını düşünürəm. Bu konqresin Bakıda baş tutmasının böyük bir inkişaf olduğu qənaətindəyəm.

Bu gün İsrail Azərbaycan əlaqələri strateji məsələlərdə, müdafiədə, enerjidə və sair sahələrdə inkişaf edib. Kosmos da, fikrimcə, əməkdaşlıq üçün böyük potensial olan bir sahələrdən biri olacaq. Mən burada daha çox İsrail şirkəti görmək və hökumətlərarası əlaqələrin daha da inkişaf etdirilməsini istəyirəm. Mən bunu deməkdən məmnunluq duyuram ki, “Azərkosmos” nümayəndələri ötən il İsrailə səfər etdilər. Orada hərtərəfli danışıqlar baş tutdu. İsrail-Azərbaycan əməkdaşlığının bu sahədə də genişlənəcəyinə ümid bəsləyirəm. Çünki İsrail dünyanın aparıcı güclərindəndir və Azərbaycan yaxın dostumuzdur”.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri