Dek
2022
12:45
342
35
4040
Virtual karabakh

Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib - FOTO

6 Dek, 2022
12:45
4040

Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Prezident İlham Əliyevə təqdim olunub.

Əsər Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov dekabrın 6-da Prezident İlham Əliyevin qəbulunda olan zaman təqdim edilib.

Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltaraşlıq əsəri hədiyyə edilib.

Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri